<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Məsih sizi sevir, yanına səsləyir İL329</title>
<lyrics>[V1]
 Məsih sizi sevir, yanına səsləyir,
 Yanına gələnləri Göylərdə görmək istəyir.

[C1]
   Məsih sevir sizləri - uşaqları, gəncləri,
   Eşidin Onun səsini, deyir: «Yanıma gəlin».

[V2]
 Siz gənc ürəyinizi,safl ığı, təmizliyi ,
 Sevincli nəğmələri Məsihə həsr edin.

[C2]
   O sizləri gözləyir, Öz qoynuna səsləyir,
   Günahlardan döndərib, paklığa dəvət edir.

[V3]
 Gənclər, həyatınızı, ömrün erkən sabahını,
 Ən gözəl çağlarını Məsihə bəxş edin.

[C3]
   O sizləri sevdi, Göylərdən yerə endi.
   Özünü qurban verdi, Məsihə iman edin.</lyrics>
<hymn_number>329</hymn_number>
</song>